Xoşqədəmlə Doğuşun xoş günü- Foto
06 may, 2017 16:45
Aparıcı Xoşqədəm Hidayətqızının və türkiyəli ifaçı Doğuşun əkizlərinin ad günüdür.
1news.az axşam.az-a istinadla xəbər verir ki, Arın Aras və Arda Aslanın 1 yaşı tamam olur.
X.Hidayətqızı oğlunun şəklini paylaşaraq "Bu gün əkizlərimin ad günüdür. Rəbbim bütün körpələri qorusun" şərhini yazıb.
Qeyd edək ki, Doğuş və Xoşqədəm cütlüyü 2014-cü ildə ailə qurub.
1news.az