Sərnişin qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək
04 may, 2017 16:50
Yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarının və Bakı-Tbilisi-Bakı beynəlxalq sərnişin qatarının hərəkət cədvəlində dəyişiklik ediləcək.
1news.az-ın “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən verdiyi xəbərə görə, dəmir yolunun Bakı-Böyük Kəsik istiqamətində aparılan əsaslı təmir işləri ilə əlaqədar olaraq, mayın 15-dən yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarının və 38/37 saylı Bakı-Tbilisi-Bakı beynəlxalq sərnişin qatarının hərəkət cədvəlində dəyişiklik ediləcək.
Babək Cahandarov