Boks yığmamız İslamiadaya hazırlığı davam etdirir
04 may, 2017 14:58
Kişi boksçulardan ibarət Azərbaycan millisi IV İslam Həmrəyliyi Oyunlarına hazırlığın son mərhələsini davam etdirir.
Azərbaycan Boks Federasiyasından 1news.az-a verilən məlumata görə, yığmamız Boks Mərkəzində təşkil olunan təlim-məşq toplanışının 9-cu gününü 2 məşqlə başa vurub.
Məşqlərdə təkcə İslamiadaya qatılacaq 10 boksçu deyil, 25 idmançı iştirak edir. Bu da həm yarışa qatılacaq təmsilçilərimizə sınaqçı rəqiblərin olması, həm də ikinci nömrələrin qarşıdakı yarışlar üçün hazırlığına hesablanıb.
Qeyd edək ki, yığmamız İslam Həmrəyliyi Oyunlarına hazırlığın ilk mərhələsini Bakıda, ikinci mərhələsini Qəbələdə keçiblər.
Babək Cahandarov