IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək taekvondo üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Azərbaycan Taekvondo Federasiyasından 1news.az-a verilən məlumata görə, yığma İslamiadada 8 kişi və 4 qadın taekvondoçu ilə təmsil olunacaq.
Kişilər arasında Qaşım Maqomedov (54 kq), Fizam Mehtiyev (58 kq), Məhəmməd Məmmədov (63 kq), Ayxan Tağızadə (68 kq), Səid Quliyev (74 kq), Milad Beigi Hərçəqani (80 kq), Ramin Əzizov (87 kq) və Radik İsaev (+87 kq) birincilik uğrunda yarışacaqlar.
Qadınların mübarizəsində isə Azərbaycanı Patimat Abakarova (49 kq), Yaprak Eriş (57 kq), Darya Şkurko (62 kq) və Fəridə Əzizova (67 kq) təmsil edəcəklər.
Qeyd edək ki, taekvondo yarışları 16 - 18 may tarixlərində Bakı İdman Zalında təşkil olunacaq.
1news.az