Xəbərlər

Məhkəmələrdə inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı təsdiq edilib
03 may, 2017 20:55

Prezident İlham Əliyev “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə fərman imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, fərmanda deyilir:

“Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol aşağıda göstərilən vəzifəli şəxslər tərəfindən tərtib edilir:

1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Məcəllə) 158.1, 158.2, 159 – 161, 165, 180, 181.0.2, 206 – 208, 227-1, 290.3 (səlahiyyətlərinə aid edilmiş maddələr üzrə), 368, 443.1, 456, 525, 590.2 və 592-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından – daxili işlər naziri, onun müavinləri, Nazirliyin Aparatının baş idarə (idarə) rəisləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, onun müavinləri, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin idarə rəisləri, onların müavinləri, şəhər, rayon polis idarələrinin (şöbələrinin) və ərazi polis bölmələrinin rəisləri, onların müavinləri, nəqliyyatda polis idarələrinin, şöbələrinin, xətt bölmələrinin, məntəqələrinin rəisləri, onların müavinləri, baş təhqiqatçılar, təhqiqatçılar, baş əməliyyat müvəkkilləri, əməliyyat müvəkkilləri, polis sahə rəisləri, polis sahə inspektorları, yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektorlar.

2. Məcəllənin 158.3 və 183-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi adından – əmək və əhalinin sosial müdafiəsi naziri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Nazirliyin yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru, onun müavinləri, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, rayon (şəhər) şöbələrinin rəhbərləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri, onun müavini, Aparatın rəhbəri, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi.

3. Məcəllənin 162, 163 və 562.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi adından – səhiyyə naziri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin və Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisləri, onların müavinləri, Sumqayıt Şəhər Səhiyyə Şöbəsinin müdiri, Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri, onun müavini.

4. Məcəllənin 164, 168, 171, 173 və 178-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası, dairə və məntəqə seçki komissiyaları adından – Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası, dairə və məntəqə seçki komissiyaları, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyası.

5. Məcəllənin 166, 167, 169, 170, 172, 174 – 177 və 179-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyası adından – Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası, dairə seçki komissiyası, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyası.

6. Məcəllənin 181.0.1 və 182-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Təhsil Nazirliyi adından – təhsil naziri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəhbəri, onun müavini, regional təhsil idarələrinin rəhbərləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikasının təhsil naziri, onun müavinləri.

7. Məcəllənin 181.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

7.1. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi adından – Komitənin sədri, onun müavinləri, Aparatın rəhbəri, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, onun müavini;

7.2. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından – bu Siyahının 1-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər.

8. Məcəllənin 181.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

8.1. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adından – iqtisadiyyat naziri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi, onun müavinləri, şöbə müdiri, onun müavinləri, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, tabeliyində olan regional bölmələrin rəhbərləri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri, onun müavini, Aparatın rəhbəri, şöbə müdiri, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;

8.2. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyi adından – maliyyə naziri, onun müavinləri, maliyyə nazirinin müşavirləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi, onun müavinləri, şöbə müdiri, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidmətinin regional maliyyə müfəttişliklərinin rəisləri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Naxçıvan Muxtar Respublikasının maliyyə naziri, onun müavini, Aparatın rəhbəri, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi.

9. Məcəllənin 184.1.1, 184.1.3, 184.1.4 və 562.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi adından – ədliyyə naziri, onun müavinləri, Nazirliyin Aparatının Qeydiyyat və notariat baş idarəsinin rəisi, onun müavini, həmin baş idarənin idarə və şöbə rəisləri, Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, onun müavini, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Aparatının Qeydiyyat və notariat şöbəsinin rəisi.

10. Məcəllənin 184.1.2 və 462-ci (siyasi partiyalara münasibətdə) maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası adından – Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyası.

11. Məcəllənin 184.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

11.1. səlahiyyətlərinə aid edilmiş inzibati xətalar üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi adından – bu Siyahının 9-cu hissəsində nəzərdə tutulan vəzifəli şəxslər;

11.2. səlahiyyətlərinə aid edilmiş inzibati xətalar üzrə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası adından – Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyası.

12. Məcəllənin 190 və 251.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol yerli icra hakimiyyəti orqanı adından – yerli icra hakimiyyəti orqanının başçısı, onun müavinləri, şöbə müdiri, onun müavini, sektor müdiri, başçının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndələri.

13. Məcəllənin 196, 204 və 441-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi adından – əmək və əhalinin sosial müdafiəsi naziri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Nazirliyin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi, onun müavinləri, şöbə müdiri, onun müavini, sektor müdiri, yerli bölmələrin rəhbərləri, onların müavinləri, baş əmək müfəttişləri və əmək müfəttişləri, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri, onun müavini, Aparatın rəhbəri, şöbə müdiri, sektor müdiri, baş məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi.

14. Məcəllənin 197.1 və 197.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial xidmət göstərən:

14.1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi adından – bu Siyahının 2-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər;

14.2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi adından – bu Siyahının 6-cı hissəsində nəzərdə tutulan vəzifəli şəxslər;

14.3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi adından – bu Siyahının 3-cü hissəsində nəzərdə tutulan vəzifəli şəxslər;

14.4. yerli icra hakimiyyəti orqanları adından – bu Siyahının 12-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər.

15. Məcəllənin 221.1 və 221.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi adından – səhiyyə naziri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, Analitik Ekspertiza Mərkəzinin direktoru, onun müavinləri, Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri, onun müavini.

16. Məcəllənin 221.2, 221.3 və 221.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

16.1. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi adından – bu Siyahının 15-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər;

16.2. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adından – bu Siyahının 8.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər.

17. Məcəllənin 221.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının katibliyi adından – Şuranın katibi, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi.

18. Məcəllənin 221.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

18.1. dərman vasitələrinin dövlət qeydiyyatına münasibətdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi adından – səhiyyə naziri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini;

18.2. dərman vasitələrinin qiymətlərinin tənzimləməsinə münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adından – iqtisadiyyat naziri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini.

19. Məcəllənin 229, 262, 264.0.3 və 264.0.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi adından – ekologiya və təbii sərvətlər naziri, onun müavinləri, Aparatın rəhbəri, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin direktoru, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Bakı şəhəri Ekologiya və Təbii Sərvətlər Departamentinin direktoru, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, regional və rayon (şəhər) ekologiya və təbii sərvətlər orqanının rəhbəri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Naxçıvan Muxtar Respublikasında müvafiq sahəyə cavabdeh dövlət orqanının rəhbəri, onun müavinləri.

20. Məcəllənin 262.2.3-cü, 262.3-cü və 263-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol “Azərsu” Açıq Səhmdar Cəmiyyəti adından – Cəmiyyətin sədri, onun müavinləri, hüquq departamentinin rəhbəri.

21. Məcəllənin 264.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi adından – fövqəladə hallar naziri, onun müavinləri, Nazirliyin Aparatının idarə rəisi, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, Nazirliyin Su Ehtiyatları Dövlət Agentliyinin rəisi, onun müavinləri, Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, onun müavini.

22. Məcəllənin 267-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası adından – Administrasiyanın rəisi, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi.

23. Məcəllənin 286-cı maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi adından – kənd təsərrüfatı naziri, onun müavini, Aparatın rəhbəri, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Nazirliyin yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi, onun müavini, sektor müdiri, yerli bölmələrinin rəhbərləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri, onun müavini.

24. Məcəllənin 290.3-cü (səlahiyyətlərinə aid edilmiş maddələr üzrə) maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi adından – kənd təsərrüfatı naziri, onun müavini, Aparatın rəhbəri, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Nazirliyin yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi, onun müavini, sektor müdiri, yerli bölmələrin rəhbərləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri, onun müavini, Naxçıvan Muxtar Respublikasının Dövlət Baytarlıq Xidmətinin rəisi, onun müavini.

25. Məcəllənin 327.8, 332.4 – 332.7, 333.2 – 333.5, 334.2 – 334.5, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 342.8, 342.9, 343.2, 343.3, 343.5 – 343.7, 349, 351, 353.5, 511 və 529.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından – daxili işlər naziri, onun müavinləri, Nazirliyin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, onun müavinləri, Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri və onun müavinləri, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin rəisi, ərazi polis orqanlarının dövlət yol polisi idarələrinin, şöbələrinin rəisləri, onların müavinləri, ərazi polis orqanlarının dövlət yol polisi bölmələrinin rəisləri, ərazi polis orqanlarının dövlət yol polisi qruplarının rəhbərləri, dövlət yol polisinin yol hərəkətinə nəzarət fəaliyyətinə cəlb edilmiş Baş Dövlət Yol Polisi İdarəsinin, dövlət yol polisi idarələrinin şöbə rəisləri və onların müavinləri, bölmə rəisləri, xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektorları və inspektorları, baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, böyük mühəndisləri və mühəndisləri, ərazi polis orqanlarının dövlət yol polisi şöbələrinin, bölmələrinin, qruplarının baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, inzibati təcrübə üzrə baş inspektorları və inspektorları, böyük mühəndisləri və mühəndisləri, axtarış üzrə baş inspektorları və inspektorları, yol nəqliyyat hadisəsi üzrə baş inspektorları və inspektorları, təbliğat inspektorları, alay komandirləri və onların müavinləri, qərargah rəisləri, bölük komandirləri və onların müavinləri, tağım komandirləri, yol patrul xidməti baş inspektorları və inspektorları.

26. Məcəllənin 369, 370, 375 və 459.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adından – nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri, onun müavini, Aparatın rəhbəri, şöbə müdiri.

27. Məcəllənin 371 – 374, 382 və 554-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili adından – İnsan hüquqları üzrə müvəkkil, onun Aparatının rəhbəri, Aparat rəhbərinin müavini, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili, onun Aparatının rəhbəri, Aparat rəhbərinin müavini.

28. Məcəllənin 377 və 378-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti adından – Xidmətin rəisi, onun müavinləri, Xidmətin müvafiq strukturlarının rəhbərləri (rəisləri), Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, onun müavini.

29. Məcəllənin 381-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

29.1. teleradio yayımlarına münasibətdə Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası adından – Şuranın sədri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədri, şöbə müdiri, sektor müdiri;

29.2. digər kütləvi informasiya vasitələrinə münasibətdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili adından - bu Siyahının 27-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər.

30. Məcəllənin 383 və 387-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası adından – bu Siyahının 29.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər.

31. Məcəllənin 388-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

31.1. teleradio yayımlarına münasibətdə Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası adından – bu Siyahının 29.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;

31.2. digər kütləvi informasiya vasitələrinə münasibətdə:

31.2.1. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili adından – bu Siyahının 27-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər;

31.2.2. inzibati xətanı aşkar etmiş Azərbaycan Mətbuat Şurası adından – Şuranın sədri, onun müavini, Naxçıvan Mətbuat Şurasının sədri.

32. Məcəllənin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

32.1. dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa münasibətdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi adından – vergilər naziri, onun müavinləri, vergilər nazirinin müşavirləri, Aparatın rəhbəri, onun müavinləri, Aparatın departamentlərinin (idarə, şöbə və bölmələrinin) baş direktorları (direktorları), onların müavinləri, onların tərkibində idarənin (şöbənin, bölmənin) direktorları (rəhbərləri), onların müavinləri, baş dövlət vergi müfəttişləri (baş hüquqşünas, baş təhqiqatçı, baş əməliyyat müvəkkilləri), böyük dövlət vergi müfəttişləri (böyük hüquqşünas, böyük təhqiqatçı, böyük əməliyyat müvəkkilləri), dövlət vergi müfəttişləri (hüquqşünas, təhqiqatçı, əməliyyat müvəkkilləri), Vergilər Nazirliyi yanında departamentlərin baş direktorları, onların müavinləri, ərazi vergilər departamentlərinin (idarələrinin) baş direktorları (direktorları), onların müavinləri, rayon vergilər şöbələrinin direktorları, onların müavinləri, onların tərkibində idarənin (şöbənin, bölmənin) direktorları (rəhbərləri), onların müavinləri, baş dövlət vergi müfəttişləri (baş hüquqşünas, baş təhqiqatçı, baş əməliyyat müvəkkili, baş müvəkkil, xüsusilə mühüm işlər üzrə böyük müstəntiq), böyük dövlət vergi müfəttişləri (böyük hüquqşünas, böyük təhqiqatçı, böyük əməliyyat müvəkkili, böyük müvəkkil, xüsusilə mühüm işlər üzrə müstəntiq), dövlət vergi müfəttişləri (hüquqşünas, təhqiqatçı, müstəntiq, əməliyyat müvəkkili, müvəkkillər), Naxçıvan Muxtar Respublikasının vergilər naziri, onun müavini, Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi Aparatının rəhbəri, Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi Aparatının şöbə (bölmə) rəisləri, onların müavinləri, baş dövlət vergi müfəttişləri (baş hüquqşünaslar), böyük dövlət vergi müfəttişləri (böyük hüquqşünaslar), dövlət vergi müfəttişləri (hüquqşünaslar), böyük müstəntiqlər, müstəntiqlər, baş təhqiqatçılar, böyük təhqiqatçılar, təhqiqatçılar, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin Naxçıvan Şəhər Vergilər İdarəsinin rəisi, onun müavini, İdarənin tərkibində şöbə (bölmə) rəisləri, onların müavinləri, baş dövlət vergi müfəttişləri (baş hüquqşünaslar), böyük dövlət vergi müfəttişləri (böyük hüquqşünaslar), dövlət vergi müfəttişləri (hüquqşünaslar), Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin rayon vergilər şöbələrinin rəisləri, onların müavinləri, onların tərkibində bölmə rəisləri, onların müavinləri, baş dövlət vergi müfəttişləri (baş hüquqşünaslar), böyük dövlət vergi müfəttişləri (böyük hüquqşünaslar), dövlət vergi müfəttişləri (hüquqşünaslar);

32.2. lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə münasibətdə müvafiq sahə üzrə nəzarəti həyata keçirən dövlət orqanının adından – orqanın rəhbəri, onun müavini, Aparatın rəhbəri, onun müavini, idarə (departament, şöbə) rəhbəri, onun müavini, sektor (bölmə) rəhbəri, baş məsləhətçi, böyük məsləhətçi;

32.3. lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə münasibətdə müvafiq sahə üzrə nəzarəti həyata keçirən Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxs adından – publik hüquqi şəxsin direktoru, sədri, Direktorlar Şurasının sədri, onların müavinləri, baş icraçı direktor (icraçı direktor), Aparatın rəhbəri, onların müavinləri, İdarə Heyətinin üzvləri, departament (idarə, şöbə) rəhbərləri, onların müavinləri, sektor müdiri, məsləhətçilər (mütəxəssislər, hüquqşünaslar).

33. Məcəllənin 401.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

33.1. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası adından – Direktorlar Şurasının sədri, onun müavini, Direktorlar Şurasının üzvləri, baş icraçı direktor, onun müavinləri, İdarə Heyətinin üzvləri (departament direktorları), idarə rəisləri, böyük mütəxəssis (böyük hüquqşünas), aparıcı mütəxəssis (aparıcı hüquqşünas), mütəxəssis (hüquqşünas), Palatanın Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi;

33.2. vergi nəzarəti zamanı aşkar edildiyi hallarda Azərbaycan Respublikasının Vergilər Nazirliyi adından – bu Siyahının 32.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər.

34. Məcəllənin 401.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

34.1. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi adından – gənclər və idman naziri, onun müavini, Aparatın rəhbəri, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;

34.2. vergi nəzarəti zamanı aşkar edildiyi hallarda Azərbaycan Respublikasının Vergilər Nazirliyi adından – bu Siyahının 32.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər.

35. Məcəllənin 402 və 450.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Vergilər Nazirliyi adından – bu Siyahının 32.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər.

36. Məcəllənin 403-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

36.1. publik hüquqi şəxslərə, kommersiya qurumlarına, o cümlədən xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə münasibətdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi adından – bu Siyahının 32.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;

36.2. dini qurumlar istisna olmaqla digər qeyri-kommersiya qurumlarına, o cümlədən xarici qeyri-kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi adından – ədliyyə naziri, onun müavinləri, Nazirliyin Aparatının Qeydiyyat və notariat baş idarəsinin rəisi, onun müavini, həmin baş idarənin idarə və şöbə rəisləri, Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, onun müavini, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Aparatının qeydiyyat və notariat şöbəsinin rəisi, rayon (şəhər) qeydiyyat şöbələrinin rəisləri;

36.3. dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi adından – Komitənin sədri, onun müavinləri, Aparatın rəhbəri, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, bölgə üzrə şöbə müdiri, Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi, onun müavini.

37. Məcəllənin 404-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

37.1. publik hüquqi şəxslərə, kommersiya qurumlarına, o cümlədən xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə münasibətdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi adından – bu Siyahının 32.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;

37.2. dini qurumlar istisna olmaqla digər qeyri-kommersiya qurumlarına, o cümlədən xarici qeyri-kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi adından - bu Siyahının 36.2-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;

37.3. dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi adından – bu Siyahının 36.3-cü bəndində nəzərdə tutulan vəzifəli şəxslər;

37.4. maliyyə bazarlarında nəzarət edilən subyektlərə münasibətdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası adından – bu Siyahının 33.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər.

38. Məcəllənin 406 – 408, 438.2 və 438.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

38.1. Azərbaycan Respublikasının Vergilər Nazirliyi adından – bu Siyahının 32.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;

38.2. maliyyə bazarlarında nəzarət edilən subyektlərə münasibətdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası adından – bu Siyahının 33.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər.

39. Məcəllənin 409-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası adından – bu Siyahının 33.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər.

40. Məcəllənin 412 və 537.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi adından – Komitənin sədri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi, onun müavini, şöbə müdiri, onun müavini, yerli qurumların rəhbərləri, onların müavinləri, standartlara və ölçmə vasitələrinə nəzarət üzrə dövlət müfəttişləri, Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri, onun müavini, Aparatın rəhbəri, şöbə müdiri.

41. Məcəllənin 413-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

41.1. dərman vasitələrinə münasibətdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi adından – bu Siyahının 15-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər;

41.2. dini təyinatlı ədəbiyyata (kağız və elektron daşıyıcılarda), audio və video materiallara, mal və məmulatlara və dini məzmunlu başqa məlumat materiallarına münasibətdə:

41.2.1. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi adından – bu Siyahının 36.3-cü bəndində nəzərdə tutulan vəzifəli şəxslər;

41.2.2. inzibati xətanı aşkar etmiş yerli icra hakimiyyəti orqanları adından – bu Siyahının 12-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər;

41.3. vergi nəzarəti zamanı aşkar edildiyi hallarda Azərbaycan Respublikasının Vergilər Nazirliyi adından – bu Siyahının 32.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər.

42. Məcəllənin 428.10-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adından – bu Siyahının 8.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər.

43. Məcəllənin 431-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

43.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adından – bu Siyahının 8.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;

43.2. maliyyə bazarlarında nəzarət edilən subyektlərə münasibətdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası adından – bu Siyahının 33.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər.

44. Məcəllənin 432.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

44.1. dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi adından – bu Siyahının 36.3-cü bəndində nəzərdə tutulan vəzifəli şəxslər;

44.2. qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi adından – ədliyyə naziri, onun müavinləri, Nazirliyin Aparatının Qeydiyyat və notariat baş idarəsinin rəisi, onun müavini, həmin baş idarənin idarə və şöbə rəisləri, regional qurumların rəisləri, Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, onun müavini, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Aparatının Qeydiyyat və notariat şöbəsinin rəisi.

45. Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

45.1. malların istehsalına münasibətdə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi adından – bu Siyahının 40-cı hissəsində nəzərdə tutulan vəzifəli şəxslər;

45.2. malların satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adından – bu Siyahının 8.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər.

46. Məcəllənin 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

46.1. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi adından – Komitənin sədri, onun müavinləri, Komitənin Aparatının Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə baş idarəsinin rəisi, onun müavinləri, həmin baş idarənin idarə, şöbə (bölmə) rəisləri, Komitənin Aparatının İstintaq idarəsinin rəisi, onun müavinləri, Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin sədri, onun müavini, Komitənin sisteminə daxil olan ərazi və ixtisaslaşdırılmış baş gömrük idarələrinin və gömrük idarələrinin rəisləri, onların müavinləri, şöbə rəisləri, onların müavinləri, bölmə rəisləri, baş inspektorlar, böyük inspektorlar, müstəntiqlər və təhqiqatçılar;

46.2. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi adından – bu Siyahının 40-cı hissəsində nəzərdə tutulan vəzifəli şəxslər.

47. Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

47.1. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adından – bu Siyahının 8.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;

47.2. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi adından – bu Siyahının 3-cü hissəsində nəzərdə tutulan vəzifəli şəxslər;

47.3. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi adından – bu Siyahının 23-cü hissəsində nəzərdə tutulan vəzifəli şəxslər;

47.4. idxala münasibətdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi adından – bu Siyahının 46.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər.

48. Məcəllənin 451-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

48.1. dərman vasitələrinə münasibətdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi adından – bu Siyahının 15-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər;

48.2. dini təyinatlı ədəbiyyata (kağız və elektron daşıyıcılarda), audio və video materiallara, mal və məmulatlara və dini məzmunlu başqa məlumat materiallarına münasibətdə:

48.2.1. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi adından – bu Siyahının 36.3-cü bəndində nəzərdə tutulan vəzifəli şəxslər;

48.2.2. inzibati xətanı aşkar etmiş yerli icra hakimiyyəti orqanları adından – bu Siyahının 12-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər;

48.3. vergi nəzarəti zamanı aşkar edildiyi hallarda Azərbaycan Respublikasının Vergilər Nazirliyi adından – bu Siyahının 32.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər.

49. Məcəllənin 459.1 və 544.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adından – bu Siyahının 8.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər.

50. Məcəllənin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

50.1. maliyyə bazarlarında nəzarət edilən subyektlərə münasibətdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası adından – bu Siyahının 33.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;

50.2. digər hallarda Azərbaycan Respublikasının Auditorlar Palatası adından – Auditorlar Palatasının sədri, onun müavini, Aparatın rəhbəri.

51. Məcəllənin 465 və 466-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

51.1. qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə münasibətdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi adından – maliyyə naziri, onun müavinləri, maliyyə nazirinin müşavirləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Naxçıvan Muxtar Respublikasının maliyyə naziri, onun müavini, Aparatın rəhbəri, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;

51.2. siyasi partiyalara münasibətdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası adından – Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyası.

52. Məcəllənin 469.1-ci (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə) maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Auditorlar Palatası adından – bu Siyahının 50.2-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər.

53. Məcəllənin 506 və 508-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi adından – bu Siyahının 46.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər.

54. Məcəllənin 515 və 516.0.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi adından – bu Siyahının 36.3-cü bəndində nəzərdə tutulan vəzifəli şəxslər.

55. Məcəllənin 516.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

55.1. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi adından – bu Siyahının 36.3-cü bəndində nəzərdə tutulan vəzifəli şəxslər;

55.2. yerli icra hakimiyyəti orqanı adından – bu Siyahının 12-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər.

56. Məcəllənin 526 və 595.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi adından – yerli icra qurumlarının rəisləri, onların müavinləri və icra məmurları.

57. Məcəllənin 527-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

57.1. məhkəmənin xüsusi qərardadına (qərarına) və ya hakimin təqdimatına münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi adından – ədliyyə naziri, onun müavinləri, Nazirliyin Aparatının İcra baş idarəsinin rəisi, onun müavinləri, Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, onun müavini, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Aparatının İcra şöbəsinin rəisi, yerli icra qurumlarının rəisləri, onların müavinləri və icra məmurları;

57.2. səlahiyyətli orqanın (vəzifəli şəxsin) təqdimatına münasibətdə təqdimatı vermiş:

57.2.1. Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları adından – orqanın rəhbəri, onun müavini, Aparatın rəhbəri, onun müavini, idarə (departament, şöbə) rəhbəri, onun müavini;

57.2.2. Azərbaycan Respublikasının Mərkəzi Bankı adından – Mərkəzi Bankın sədri, onun müavinləri, baş direktorları, direktorları, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri, onun müavini;

57.2.3. yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalara münasibətdə yerli icra hakimiyyəti orqanı adından – yerli icra hakimiyyəti orqanının başçısı, onun müavinləri, şöbə müdiri, onun müavini, sektor müdiri;

57.3. Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxs adından – bu Siyahının 32.3-cü bəndində nəzərdə tutulan vəzifəli şəxslər.

58. Məcəllənin 528, 529.1, 529.2 və 529.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi adından – bu Siyahının 57.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər.

59. Məcəllənin 530 və 532-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

59.1. inzibati xətalar haqqında işlər üzrə icraat məhkəmədə aparılarkən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi adından – bu Siyahının 56-cı hissəsində nəzərdə tutulan vəzifəli şəxslər;

59.2. inzibati xətalar haqqında işlər üzrə icraat Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında aparılarkən həmin orqanın adından – orqanın rəhbəri, onun müavini, Aparatın rəhbəri, onun müavini, idarə (departament, şöbə) rəhbəri, onun müavini;

59.3. inzibati xətalar haqqında işlər üzrə icraat Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılarkən Azərbaycan Respublikasının Mərkəzi Bankı adından – bu Siyahının 57.2.2-ci yarımbəndində nəzərdə tutulan vəzifəli şəxslər;

59.4. inzibati xətalar haqqında işlər üzrə icraat yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar tərəfindən aparılarkən yerli icra hakimiyyəti orqanı adından – yerli icra hakimiyyəti orqanının başçısı, onun müavinləri, şöbə müdiri, onun müavini, sektor müdiri;

59.5. inzibati xətalar haqqında işlər üzrə icraat Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxs tərəfindən aparılarkən həmin qurum adından – publik hüquqi şəxsin direktoru, sədri, Direktorlar Şurasının sədri, onların müavinləri, baş icraçı direktor (icraçı direktor), Aparatın rəhbəri, onların müavinləri, İdarə Heyətinin üzvləri, departament (idarə, şöbə) rəhbərləri, onların müavinləri.

60. Məcəllənin 533 və 594-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikası Prezidentinin Administrasiyası adından – şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi.

61. Məcəllənin 534-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından – bu Siyahının 1-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər.

62. Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından – daxili işlər naziri, onun müavinləri, Nazirliyin Aparatının baş idarə (idarə) rəisləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, onun müavinləri, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin idarə rəisləri, onların müavinləri, şəhər, rayon polis idarələrinin (şöbələrinin) və ərazi polis bölmələrinin rəisləri, onların müavinləri, nəqliyyatda polis idarələrinin, şöbələrinin, xətt bölmələrinin, məntəqələrinin rəisləri, onların müavinləri, baş təhqiqatçılar, təhqiqatçılar, baş əməliyyat müvəkkilləri, əməliyyat müvəkkilləri, polis sahə rəisləri, polis sahə inspektorları, yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektorlar, Daxili Qoşunların hərbi hissələrinin komandirləri.

63. Məcəllənin 535.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti adından – Xidmətin rəisi, onun birinci müavini, Əlahiddə Sərhəd Diviziyasının komandiri, Xidmətin Sahil Mühafizəsinin rəisi, sərhəd dəstələrinin rəisləri, Sərhəd Nəzarəti Dəstəsinin rəisi, Xidmətin Aparatının müvafiq idarəsinin rəisi, onun müavini, həmin idarənin müstəntiqləri və təhqiqatçıları.

64. Məcəllənin 547-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Hesablama Palatası adından – Palatanın sədri, onun müavini, Aparatın rəhbəri, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi, onun müavini.

65. Məcəllənin 549-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi adından – ədliyyə naziri, onun müavinləri, Nazirliyin Aparatının Bələdiyyələrlə iş mərkəzinin rəisi, onun müavini, İnzibati nəzarət idarəsinin rəisi, baş məsləhətçisi, böyük məsləhətçisi, aparıcı məsləhətçisi, regional qurumların rəisləri, baş məsləhətçiləri, Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, onun müavini, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi, baş məsləhətçisi.

66. Məcəllənin 551-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol ixrac nəzarətini həyata keçirmək səlahiyyətinə malik olan orqanlar adından – orqanın rəhbəri, onun müavini, Aparatın rəhbəri, onun müavini, idarə (departament, şöbə) rəhbəri, onun müavini, sektor (bölmə) rəhbəri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi.

67. Məcəllənin 553-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

67.1. torpaqları dövlət ehtiyacları üçün alan orqana münasibətdə həmin orqanın adından – orqanın rəhbəri, onun müavini, Aparatın rəhbəri, onun müavini, idarə (departament, şöbə) rəhbəri, onun müavini, sektor (bölmə) rəhbəri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;

67.2. nəzarət orqanına münasibətdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi adından – bu Siyahının 8.2-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər.

68. Məcəllənin 558.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi adından – Komitənin sədri, onun müavinləri, Aparatın rəhbəri, şöbə müdiri, onun müavini, Komitənin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi, onun müavinləri, şöbə müdiri, onun müavini, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri, onun müavini, şöbə müdiri.

69. Məcəllənin 560 və 561-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi adından – Komitənin sədri, onun müavinləri, Aparatın rəhbəri, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Komitənin ərazi bölmələrinin müdirləri, onların müavinləri, baş məsləhətçiləri, aparıcı məsləhətçiləri, məsləhətçiləri, Naxçıvan Muxtar Respublikasında müvafiq sahəyə cavabdeh dövlət orqanının rəhbəri, onun müavini, şöbə müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi.

70. Məcəllənin 574-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi adından – xarici işlər naziri, onun müavini, konsulluq idarəsinin rəisi, onun müavini, Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəhbəri, onun müavini, Azərbaycan Respublikasının səfirləri və baş konsulları, Azərbaycan Respublikasının səfirliklərinin və konsulluqlarının konsulluq məsələləri üzrə məsul əməkdaşları.

71. Məcəllənin 598-ci (monitorinqdə iştirak edən digər şəxslərə münasibətdə) maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

71.1. vəkillərə münasibətdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası adından – Rəyasət Heyətinin sədri, onun müavinləri, vəkil qurumlarının rəhbərləri;

71.2. notariuslara münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi adından – ədliyyə naziri, onun müavinləri, Nazirliyin Aparatının Qeydiyyat və notariat baş idarəsinin rəisi, onun müavini, həmin baş idarənin notariat idarəsinin rəisi, Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, onun müavini, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Aparatının Qeydiyyat və notariat şöbəsinin rəisi;

71.3. hüquqi xidmət göstərən digər şəxslərə münasibətdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi adından – bu Siyahının 32.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;

71.4. auditor xidməti göstərən şəxslərə münasibətdə Azərbaycan Respublikasının Auditorlar Palatası adından – bu Siyahının 50.2-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər.

72. Məcəllənin 599 və 600-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi adından – Direktorlar Şurasının sədri, onun müavinləri, icraçı direktor, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi.

73. Məcəllənin 602.1 və 602.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

73.1. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adından – bu Siyahının 8.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;

73.2. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi adından – bu Siyahının 44.2-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər.

74. Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

74.1. sahibkarlıq sahəsində yoxlama aparmaq səlahiyyəti verilmiş dövlət orqanı adından – dövlət orqanının rəhbəri, onun müavini, Aparatın rəhbəri, onun müavini, idarə (departament, şöbə) rəhbəri, onun müavini, bilavasitə yoxlamanı aparan vəzifəli şəxsi;

74.2. sahibkarlıq sahəsində yoxlama aparmaq səlahiyyəti verilmiş publik hüquqi şəxs adından – publik hüquqi şəxsin direktoru, sədri, Direktorlar Şurasının sədri, onların müavinləri, baş icraçı direktor (icraçı direktor), Aparatın rəhbəri, onların müavinləri, İdarə Heyətinin üzvləri, departament (idarə, şöbə) rəhbərləri, onların müavinləri, bilavasitə yoxlamanı aparan vəzifəli şəxsi.

75. Məcəllənin 603, 605, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti adından – Xidmətin rəisi, onun müavinləri, Xidmətin yerli idarə, şöbə və bölmələrinin rəisləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, onun müavini, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin rəisləri, onların müavinləri”.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.