Dünyanın ən yaşlı insanı öldü
02 may, 2017 11:25
Dünyanın ən yaşlı insanı hesab olunan Mbah Gotho vəfat edib.
1news.az “Hurriyet”ə istinadla xəbər verir ki, M.Gotho İndoneziya vətəndaşıdır və 146 yaşı olub.
O, Cava əyalətinin Sragen qəsəbəsində evində vəfat edib. Gotho son illər tez-tez ölmək istədiyini deyirmiş.
Pərvanə Sultanova