Şəkidə və Ağdaşda intihara cəhd olub.
1news.az “Report”a istinadən xəbər verir ki, Ağdaş rayonunun Pirəzə kəndində 1984-cü il təvəllüdlü Məryəm Arzuman qızı İsmayılova anası ilə mübahisə etdikdən sonra dərman preparatları qəbul edərək özünü zəhərləyib.
Hadisədən bir neçə dəqiqə sonra M.İsmayılovanı huşsuz vəziyyətdə görən yaxınları dərhal Ağdaş Rayon Mərkəzi Xəstəxanasına (RMX) gətiriblər. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən M.İsmayılovanın vəziyyətinin normaldır ağır olduğu bildirilib.
Qeyd edək ki, M.İsmayılova ailəlidir, 3 azyaşlı övladı var.
Bundan başqa, Şəkinin Baş Zəyzid kəndində 34 yaşlı Xəlilova Şəlalə Paşa qızı intihar etmək məqsədilə sirkə turşusu içib.
Qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.
Hər iki faktla bağlı araşdırma aparılır.
1news.az