Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə mayın 5-də saat 12:00-da İsmayıllı şəhərində İsmayıllı, Şamaxı, Qobustan və Ağsu rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (telefon, internet, televiziya və radio yayımı), poçt xidmətləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşlarla görüşəcək.
Nazirlikdən 1news.az-a verilən məlumata görə, vətəndaşlar “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi” və 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazıla bilərlər.
Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün İsmayıllı rayonunda 020 2854444, Şamaxı rayonunda 020 2651466, Qobustan rayonunda 020 2450122, Ağsu rayonunda 020 2264499 nömrəli telefonlara zəng etmək lazımdır.
1news.az