Azərbaycan prezidenti İlham Əliyev “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi məlumata görə, qanunda 4.1-1-ci maddə aşağıdakı redaksiyada verilib:
“4.1-1. Müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan qurumlarda xidmətlərə (hüquqi hərəkətlərə) görə ödənilən dövlət rüsumlarının 50 faizi (ödənilən hər bir dövlət rüsumu üzrə 5000 manatdan çox olmamaq şərti ilə) müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin və müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan qurumlarda fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq üçün müvafiq icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülür, qalan hissəsi isə dövlət büdcəsinə ödənilir.”;
Habelə aşağıdakı məzmunda 4.1-2-ci maddə əlavə edilib: “Bu Qanunun 4.1-ci və 4.1-1-ci maddələrində nəzərdə tutulan vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”.
Qeyd edək ki, qanun 2017-ci il mayın 1-dən qüvvəyə minir.
1news.az