Xəbərlər

Lixtenşteyn şahzadəsi İlham Əliyevə təbrik məktubu göndərib
02 may, 2017 17:27

Lixtenşteynin Vəliəhd Şahzadəsi Alois Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, təbrikdə deyilir:

“Zati-aliləri.

Lixtenşteyn Knyazlığı və Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi ilə bağlı əsrin dörddə biri ərzində qarşılıqlı əlaqələrimizin inkişafı münasibətilə Sizə, Azərbaycan Respublikasına və xalqına səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Ölkələrimiz arasında mübadilələr bir çox mühüm sahələrdə davamlı olaraq inkişaf etmişdir. Bu inkişaf Azərbaycanın xarici işlər nazirinin 2016-cı ildə Vaduts şəhərinə səfəri zamanı bir daha vurğulanmışdır.

Beynəlxalq hüququn başlıca prinsiplərinə möhkəm bağlı olan ikitərəfli əlaqələr Lixtenşteyn kimi balaca dövlətlər üçün çox vacibdir. Biz, həmçinin bütün dövlətlərə bərabər yanaşılmasına və beynəlxalq təşkilatların etibarlı hüquqi çərçivələrinə böyük önəm veririk. Bu gün üzləşdiyimiz qlobal çağırışlar fonunda bu prinsiplər, eləcə də gərginliyin azaldılması və münaqişələrin həlli üçün görülən işlər bizim ümumi səylərimizin uğurunun əsasını təşkil edir.

Mən əməkdaşlığımızın daha da dərinləşməsi üçün gələcək imkanları səbirsizliklə gözləyir, Sizə və dost ölkənizə yeni-yeni uğurlar arzulayıram.

Zati-aliləri, yüksək ehtiramımı qəbul etməyinizi rica edirəm”.

S.Xankişiyeva

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.