İordaniya Nümayəndələr Palatasının sədri Azərbaycana gəlir
02 may, 2017 15:57
İordaniya Haşimilər Krallığı parlamentinin Nümayəndələr Palatasının sədri Atif Tarauna Azərbaycana səfər edəcək.
Bu barədə 1news.az-a müsahibəsində İordaniyanın ölkəmizdəki səfiri Nassar İbrahim Məhəmməd əl-Habaşneh deyib.
O bildirib ki, Nümayəndələr Palatasının sədri 4-cü İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimində iştirak edəcək. Həmçinin, onun bir sıra görüşlər keçirməsi planlaşdırılır.
Pərvanə Sultanova