Xəbərlər

Azərbaycanlı tələbə İranı titrətdi - VİDEO
01 may, 2017 11:51

Urmiya Universitetində İranda keçiriləcək prezident seçkisi ilə bağlı hakimiyyət tərəfdarları və müxaliflər arasında debat keçirilib.

1news.az axar.az-a istinadən xəbər verir ki, debat zamanı tələbələrin çıxışlarına da izn verilib.

Çıxış üçün kürsüyə qalxan azərbaycanlı fəal Əli Dərqahi İranın Azərbaycanla bağlı siyasətini tənqid edib:

“Vaxt az olduğundan, həmçinin son 40 il müddətində mühafizəkarlar və islahatçıların Azərbaycana heç diqqət yetirməməsi və bu məsələnin müzakirəyə çıxarılmaması səbəbindən mən birbaşa mövzuya keçirəm. Bu, Azərbaycan məsələsidir. Lakin vurğulamalıyam ki, mərkəzdəkilərin və onların tərəfdarlarının istəyinə rəğmən, biz hələ də yorulmamışıq və sonuna qədər gedəcəyik. Azərbaycan məsələsində keçmiş hakimiyyətlər bir-birindən ciddi şəkildə fərqlənmir. Ona görə də bilmirəm sözlərimi haradan başlayım, hansı hakimiyyətdən bəhs edim. Sənaye və mədən sahəsi üçün Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Zəncan vilayətlərindən 324 dəfə çox Kirmana büdcə vəsaiti ayıran cənab Haşiminin hakimiyyətindən başlayım, yoxsa 2 min milli layihədən birini də Azərbaycana tətbiq etməyən islahatçı Seyidinin hakimiyyətindən? Eləcə də cənab Əhmədinejadın hakimiyyəti! Hansı ki, onun ədaləti yalnız İsfahan vilayətinə nəsib oldu. Cənab Ruhaninin hakimiyyətinə gəlincə, yenə də vəziyyət dəyişmir. Bu hakimiyyət Konstitusiyanın 15-ci (ana dilinin tədrisi ilə bağlıdır) maddəsinin icra edilməsi ilə bağlı yalan vəd verdi, lakin heç nə etmədi. Hakimiyyət türk dili və ədəbiyyatı mədəniyyət evinin yaradılmasına dair verilən vədi yerinə yetirmək əvəzinə heç bir işə yaramayan qurum yaratdı və bununla da biz türklərin gözündən pərdə asmağa çalışdı.

Hansı yalanlardan danışım? Hökumətin Azərbaycanın başına gələn fəlakətlərə laqeyd yanaşmasından? Yoxsa Hollivud filmindən bəhs etməyi fəlakətə məruz qalan Azərbaycandan daha mühum tutan Teleradio şirkətindən? Bəlkə “Plasko” binasında ölənləri daha üstün tutanlardan bəhs edim?

Problem Rza xan dövründən miras qalmış faşizm təfəkküründən qaynaqlanır. Lakin bizim məqsədimiz gileylənmək deyil. Biz aciz bir şəkildə xahiş etmirik. Məşrutə inqilabı, Şeyx Məhəmməd Xiyabani və Mir Cəfər Pişəvəri qiyamlarını görən Azərbaycan heç də aciz vəziyyətdə deyil. Azərbaycan sübut edib ki, lazım olduğunda özü öz başının çarəsinə baxa bilir və bu proses artıq başlayıb. Azərbaycan artıq başqa bir üsulla hərəkət edir, bunun xülyalarla yaşayan islahatçılar və mərkəzin üsulu ilə heç bir əlaqəsi yoxdur”, - deyə o bildirib.

Məlumata görə, azərbaycanlı mədəni fəal çıxış edərkən problem yaratmaq məqsədi ilə mikrofon söndürülüb, bu isə tələbələrin etirazına səbəb olub.

1news.az

 

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.