Alfa Romeo brendi avtomobil həvəskarlarının səbirsizliklə gözlədiyi yeni modellərini təqdim etməyə davam edir.
“Küləyə qalib gəl!” marafonunda Alfa Romeo Giulietta modelinin təntənəli təqdimatı keçirilib. 100 ildən artıq tarixi olan Alfa Romeo yalnız avtomobil istehsal etməklə kifayətlənməyib, sosial layihələrə qoşularaq insan həyatı və sağlamlığına fokuslanıb. “Bakı Marafonu – 2017” idman layihəsində iştirakının əsas məqsədi insanları sağlam həyat tərzinə həvəsləndirməkdir. Alfa Romeo 4C Start nöqtəsindən qaçıcıları müşayiət edib və marafon qalibləri ilə birgə finiş xəttinə gəlib, sevinclərini onlarla bölüşüb.
Bakı Olimpiya stadionunda təşkil olunmuş Alfa Romeo güşəsində Alfa Romeo Giulietta modeli iştirakçılar tərəfindən maraqla qarşılanıb. Burada markanın bütün model cərgəsi, Alfa Romeo Giulia, Alfa Romeo Mito və Alfa Romeo 4C də nümayiş olunub.
Təqdimatı reallaşandan sonra tədbir qonaqları Alfa Romeo Giulietta ilə daha yaxından tanış ola bildilər. Modelin yeni ön hissəsi klassik Alfa Romeo motivinin təkmilləşmiş forması olan dəbdəbəli şəbəkə ilə bəzədilib. Bamperdə mükəmməl simmetriya ilə quraşdırılmış duman faraları ilə birlikdə böyük LED ön faralar Giulietta modelinə cəzbedici və iddialı görünüş verir. 170 at gücünü 1.4 litr həcmli mühərrikdə performans və qənaət arasında mükəmməl bir balans yaradır. Alfa Romeo Giulietta yola hakim olma, çeviklik və təhlükəsizlik məsələlərində ən tələbkar alıcıları məmnun edə biləcək bir avtomobildir. Giulietta-nın bütün elementləri hər şərtdə mükəmməl qüvvət və çeviklik tarazlığını təmin edəcək şəkildə hazırlanıb.
Alfa Romeo markasının rəsmi distribütoru “Autolux Azərbaycan” şirkətindən verilən məlumata görə yay aylarında bazara markanın tarixində ilk krosover Alfa Romeo Stelvio təqdim olunacaq.
Giulietta və Alfa Romeo markasının digər modelləri haqqında ətraflı məlumat almaq üçün Ü.Hacıbəyli, 57 ünvanında yerləşən rəsmi satış nümayəndəliyinə və ya 983 qısa telefon nömrəsinə müraciət edə bilərsiniz. Alfa Romeo brendinin yeniliklərini “Alfa Romeo Azerbaijan” Facebook və Instagram səhifələrindən izləyə bilərsiniz.
Reklam hüququnda