Tramp: “Kim Çen In ilə görüşməyə hazıram”
01 may, 2017 22:21
ABŞ Prezidenti Donald Tramp, əgər məqsədəuyğun olarsa, KXDR lideri Kim Çen Inla görüşməyə hazırdır.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Tramp bunu Bloomberq televiziyasının xəbərlər xidmətinə müsahibəsində deyib.
Telekanal qeyd edir ki, bu sözlər Pxenyanın nüvə proqramı ətrafında artan gərginlik fonunda səslənib. Kim Çen In atasının ölümündən sonra heç bir xarici liderlə bir dəfə də olsa, görüşməyib və öz ölkəsinin hüdudlarından kənara ayaq basmayıb.
“Siyasətlə məşğul olan insanların əksəriyyəti heç vaxt belə deməzdilər, amma mən sizə deyirəm, şərtlər münasib olarsa, mən onunla görüşərdim, - deyə Tramp bildirib. – Buyurun, bu da sizin üçün təzə xəbər”.
1news.az