ABŞ-da səfərdə olan energetika naziri Natiq Əliyev Hyuston şəhərində Azərbaycan icmasının üzvləri ilə görüşüb.
1news.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov özünün Twitter səhifəsində yazıb.
Görüşdə ABŞ-ın Bakıdakı səfiri Robert Sekuta da iştirak edib.
Xatırladaq ki, Natiq Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti 1-4 may tarixlərində Texas ştatının Hyuston şəhərində keçirilən neft və qaz sənayesi üzrə ən böyük sərgi və konfrans sayılan “Dənizdə Texnologiyalar konfransı” nda iştirak edir.
Konfransda N.Əliyevin Azərbaycanın neft-qaz sahəsində əldə etdiyi nailiyyətlər, Xəzərin enerji resursları, enerji mərkəzi kimi imkanları, dənizdə neft yataqlarının işlənməsində tətbiq edilən texnologiyalar barədə çıxışı nəzərdə tutulub.


Pərvanə Sultanova

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı