Mənzildə meyit tapılıb
30 aprel, 2017 20:47
Bakı şəhəri, Binəqədi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
1news.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1979-cu il təvəllüdlü Məmmədov Müslüm Tahir oğlununun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 16:53-də başa çatıb.
1news.az