Mayın 1-dən etibarən IV İslam Həmrəyliyi Oyunları ilə bağlı olaraq Bakıda "Oyunlar zolağı”nın çəkildiyi küçələrdə avtomobillərin hərəkətinə tətbiq edilən qadağa qüvvəyə minir.
1news.az-ın məlumatına görə, mayın 25-dək bu zolaqlara yalnız IV İslam Həmrəyliyi Oyunları üçün nəzərdə tutulan nəqliyyat vasitələri buraxılacaq.
"Oyunlar zolağı”nın əhatə etdiyi küçələr bunlardır: Neftçilər prospekti, Dövlət Bayraq Meydanından başlayaraq Bakı İdman Sarayına qədər olan ərazi, Ziya Bünyadov prospekti, Bakı Dairəvi Yolu, Salyan şosesi, Bibiheybət yolu-1, Bibiheybət yolu-2, Neftçilər prospekti, Qara Qarayev prospekti (bütün yol), Atatürk prospekti, Fətəli xan Xoyski küçəsi, Vaqif prospekti, Hənifə Ələsgərov küçəsi, Tbilisi prospekti, Əbdülvahab Salamzadə küçəsi və Böyükşor şosesi.
Bu zolaqlara daxil olacaq digər nəqliyyat vasitələrinin sürücüləri 40 manat məbləğində cərimə olunacaqlar.
1news.az