Xəbərlər

"İlhamənin mahnılarını toyxanada oxumayın"
30 aprel, 2017 18:29

"Əsəb keçirmişdim. İlhamə Quliyeva sağlığında bir neçə insana mahnısını oxumağa icazə vermişdi. Dünyasını dəyişəndən sonra hamı başladı oxumağa. Onun mahnıları artıq gözdən düşməyə başlayır".

1news.az axşam.az-a istinadən xəbər verir ki, bunu müğənninin meneceri olmuş, aparıcı Lamiyyə Ələkbərqızı deyib. 

Aparıcı mərhum xalq artisti İlhamə Quliyevanın mahnılarını oxuyanları qınayıb. Bildirib ki, bəstələri pis vəziyyətə salıblar:

"Demirəm oxumasınlar, oxusunlar. Amma yaxşı oxuyanlar oxusun. Məşq vaxtı baxsınlar ki, bunlarda alınır, ya yox. Siz onu pis oxuduqca o mahnılar dəbdən düşəcək. 22 illik efir təcrübəm var. On ildən artıq İlhamə Quliyevanın dostu olmuşam. İncəsənət Universitetini bitirmişəm, musiqişünasam, bunu deməyə haqqım var. Notu da, musiqini də yaxşı bilirəm.

Heç kimə söz atmıram. Nə o yaşım, nə də o başımdır. Sözdən qaçan deyiləm. İfalarına baxsınlar və görsünlər necədir. Bəlkə insafa gəlsinlər, onun mahnılarına toxunmasınlar. Nadir Qafarzadə gözəl oxuyub. Bundan sonra da yerindən duran, bacaran və bacarmayan oxuyacaq. Onun əsərlərini yerdən-yerə vururlar. Mənim qadağa qoymaq haqqım yoxdur. Hərə bir cür oxuyur, sındırmısınız ey mahnını. Onun ifaları toyxanada oxunan mahnılar deyil".

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.