Suriyada 8 dinc sakin həlak olub
30 aprel, 2017 17:26
ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın Suriyada Raqqanın qərbində yerləşən İŞİD tərəfindən ələ keçirilən Tabka şəhərinə endirdiyi aviazərbələr nəticəsində 8 dinc sakin həlak olub.
1news.az-ın RİA Novosti-yə istinadən məlumatına görə, bu haqda Suriya dövlət televiziyası xəbər verib.
Qeyd edək ki, Tabka şəhərində İŞİD-lə mübarizəni əsasən "Suriya demokratik qüvvələri" aparır. Koalisiyası onlara havadan dəstək göstərir. Rəsmi Dəməşq bu əməliyyatları qanunsuz hesab edir.
1news.az