Özünü qatarın altına atan Gəncə sakini dünyasını dəyişib
30 aprel, 2017 15:47
Özünü elektrovozun altına ataraq intihar etmək istəyən Gəncə sakini dünyasını dəyişib.
1news.az Apa-ya istinadla xəbər verir ki, aprelin 27-də Gəncədə özünü elektrovozun altına atan 1959-cu il təvəllüdlü Quliyev Şahin Mayıl oğlu ötən gecə yerləşdirildiyi Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasının reanimasiya şöbəsində ölüb.
Ş. Quliyev bacısı xəstə olduğu üçün özünü elektrovozun altına atıb. Onun sol qolu amputasiya edilmişdi.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
1news.az