Azərbaycanda idxal 490 milyon dollar azalıb
29 aprel, 2017 18:58
Bu ilin ilk 4 ayı ərzində Azərbaycanda idxal 490 milyon dollara qədər azalıb.
1news.az-ın məlumatına görə,bunu Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) yığıncağında Dövlət Gömrük Komitəsi Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi, general-mayor Mirqasım Vahabov deyib.
O bildirib ki, idxaldan asılılığın azaldılması ölkədə qeyri-neft sektorunun inkişafından və gömrükdə aparılan islahatlardan, şəffaflıqdan xəbər verir. Bununla bağlı bir sıra işlər görülüb. Spesifik rüsumların tətbiq edilməsi ölkədə fəaliyyət göstərən şirkətlərin rəqabətqabiliyyətini artırır, inkişaf üçün əlverişli mühit yaradır.
M.Vahabov qeyd edib ki, son dövrdə Azərbaycandan məhsulların ixracı da dəfələrlə artıb.
1news.az