Moqerini: “Avropa İttifaqı Türkiyənin quruma üzv olmasına dair danışıqları dayandırmayıb”
28 aprel, 2017 23:39
Avropa İttifaqı Türkiyənin quruma üzv olmasına dair danışıqları dayandırmayıb.
1news.az APA-ya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının diplomatiya rəhbəri Federika Moqerini quruma üzv olan XİN rəhbərlərinin qeyri-rəsmi görüşündə bəyan edib.
“Danışıqlar prosesi dayandırılmayıb. Sadəcə hazırda biz yeni mövzular ətrafında müzakirələr aparmırıq”, deyə F.Moqerini vurğulayıb.
O həmçinin bildirib ki, Avropa İttifaqı Türkiyədə keçirilən referendumun nəticələrini tanıyır və bu ölkədə sabitliyin təmin olunmasında maraqlıdır.
1news.az