Xəbərlər

İki qadın Azərbaycanda və Türkiyədə ərə getdikləri kişiləri zəhərləyərək öldürüblər - FOTO
28 aprel, 2017 15:52

Türkiyənin Bolu şəhərinin məhkəməsi Azərbaycanda ərlərini zəhərləyib öldürən və daha sonra bu ölkəyə gedib azı iki nəfəri eyni üsulla o dünyaya göndərən iki azərbaycanlı qadının məsələsini araşdırır.

1news.az virtualaz.org -a istinadən xəbər verir ki, Məhəbbət Ç. və Gülarə S. adlı qadınların əleyhinə əvvəllər onlarla tanışlıq münasibətlərində olan Ayla D. adlı qadın ifadə verib.

Onun bildirdiyinə görə, Gülarə S. Boluda Türkiyə vətəndaşı olan Niyazi S. adlı şəxsə ərə gedib, sonradan onu zəhərləyərək öldürüb. Məhəbbət Ç. isə Kastamonuda ərə getdiyi Türkiyə vətəndaşını eyni üsulla aradan götürüb.

Bolu Ağır Cəza Məhkəməsində ifadə verən Ayla D. deyib ki, birinci zəhərləmə hadisəsi 2013-cü ildə baş verib. Gülarə xəstə olan Niyazi S.-ə baxmaq üçün onun yanında işə başlayıb. Daha sonra onunla evlənib. Daha sonra Gülarə onun kimi Türkiyədə xəstə baxıcısı olan Məhəbbət adlı qadınla plan quraraq Niyazi S.-nin yeməklərinə noradol adlı dərmandan az-az qatmağa başlayıb, onun zəhərlənməsinə səbəb olub. Niyazi S.-ə bir ildən sonra Alzeymer xəstəliyi diaqnozu qoyulub və o, ürək tutmasından ölüb.

Həmin vaxtlar Gülarə və Məhəbbətlə rəfiqə olan Ayla D. özünün dediyi kimi "vicdan əzabı çəkərək" Niyazi S.-in zəhərləndiyi barədə onun Boluda yaşayan övladlarını məlumatlandırıb, qadınların bu işdən pul qazandıqlarını deyib. Nəticədə Niyazi S.-in övladları atalarının ölümünü şübhəli hesab edərək şikayət veriblər.

İttihamla bağlı Gülarə və Məhəbbət Bolu Ağır Cəza Məhkəməsində dindirilib, deyilənləri rədd edib. Lakin Ayla D. ilk dəfə məhkəmə qarşısına çıxaraq ifadə verib və dediklərinin "tam arxasında olduğunu" bildirib.

"Mən Məhəbbət Ç. ilə Ankarada xəstəxanada tanış olmuşdum. İkimiz də tənha yaşayan qadınlar idik. Rəfiqə olduq, bir-birimizə gedib-gəlməyə başladıq. Bir gecə Məhəbbətin telefonuna zəng gəldi, o qəfildən qışqırmağa başladı. "Məni yaxalayacaqlar" dedi. Nə baş verdiyini soruşdum. Azərbaycanda xəstəxanalardan birində baş tibb bacısı işlədiyini, öz ərini və daha bir neçə nəfəri də bu şəkildə zəhərləyib öldürdüyünü mənə danışdı", - qadın ifadəsində bildirib.

Ayla D. ifadəsində deyib ki, Məhəbbət ona tək yaşamaqdan əl çəkməyi və evlənməyi təklif edib. "Dedi ki, Kulada Hacı deyilən bir adam var. Kulanın yarısı onundur. Gəl səni onunla evləndirək. 3 ay içində zəhərləyib öldürərik, mirası da sənin olar. Bu təklifdən sonra mən Məhəbbəti döyərək evimdən qovdum", - qadın məhkəməyə deyib.

Ayla D. bu əhvalatdan sonra Məhəbbətlə görüşmədiyini bildirib. Deyib ki, Məhəbbətin rəfiqəsi Gülarə S.-in də ərini zəhərləyərək öldürdüyünü eşidəndə vicdan əzabı çəkib, dərhal Niyazinin Boludakı övladlarına zəng edib. "Bunun əvəzində onlardan pul-filan istəmədim. İki Türkiyə vətəndaşını öldürdülər. Mən şikayət etməsəm kim bilir daha neçə nəfəri öldürəcəkdilər", - o bildirib.

Ayla D.-nin dediyinə görə şikayət edəndən sonra bəzi adamlar onunla əlaqə saxlayaraq şikayətini geri götürməsi üçün 50 min TL təklif ediblər. O isə qəbul etməyib:

“Gəlib burada bizim vətəndaşlarımızı öldürürlər. Məhəbbət Ç.-nin Kastamonuda ərin öldürdükdən sonra Atilla adlı şəxslə İstanbula getdiyini öyrəndim”, - o deyib.

Məhkəmədə təsdiqlənib ki, Məhəbbət Ç.-nin Kastamonudakı əri Mehmet Ç. də Niyazi S. kimi Altzeymer xəstəliyinə tutulub, ürək tutmasından ölüb. Bu haqda həkim rəyi məhkəməyə təqdim edilib. O da məlum olub ki, Məhəbbət Ç. Kastamonudakı ərinin ölümündən sonra qoşulub İstanbula getdiyi Atilla adlı Türkiyə vətəndaşı da 2015-ci ildə müəmmalı şəkildə ölüb. Lakin ölüm səbəbi hələ müəyyən olunmayıb.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.