Sumqayıt şəhər 24 saylı orta məktəbin yuxarı sinif şagirdlərinə ekoloji təhsil və maarifləndirmə ilə bağlı “Açıq dərs” keçirilib.
1news.az xəbər verir ki, Potensial Sumqayıt Mütəxəssislər Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə ekoloji təhsil və maarifləndirmə ilə bağlı ilk “açıq dərs” təşkil edib.
Layihənin əsas məqsədi Sumqayıt şəhərində fəaliyyət göstərən orta ümümtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin ekoloji biliyinin artırılması, ekoloji problemlərin həllinə və ətraf mühitin qorunub saxlanmasında şagirdlərdə ekoloji ruhun inkişaf etdirməsinə, ətraf mühitə qarşı onlarda həssas, müsbət münasibətin formalaşmasına, ətraf mühitin mühafizəsi ücün yüksək ekoloji mədəniyyətin öyrədilməsinə xidmət edən maarifləndirmə tədbirlərin təşkilidir.
Layihə çərçivəsində ilk “Açıq dərs”i aprelin 28-də Sumqayıt şəhər 24 saylı orta məktəbdə Birliyin təlimçisi Rauf Əliyev aparıb. Aparılan “Açıq dərs”də ətraf mühit haqqında bilik və bacarıqların artırılması, gənc nəsildə ekoloji düşüncənin və ekoloji mədəniyyətin formalaşması, ətraf mühitin öyrənilməsi və mühafizəsi, ətraf mühitin sağlamlıqda rolu, gənclərin ətraf mühitin mənfi təsirlərindən qorunmaq hüququ, ekoloji məlumat almaq hüququ, ictimayi nəzarət hüququ və s kimi məsələlər müzakirə olunub.
Fərid Ədalət