Bina çap edən robot yaradılıb - VİDEO
28 aprel, 2017 13:49
Massaçusets Texnologiya İnstitutunun mühəndisləri bina çap etməyə imkan verən daxili "3D" printerə malik robot prototipi hazırlayıblar.
1news.az ICTnews-a istinadən xəbər verir ki, layihənin direktoru Stiven Kitinq deyib gələcəkdə tamamilə avtonom işləyən robotun Ay, Mars və ya Antarktikada bir neçə il ərzində binalar inşa edə biləcəyini söyləyib.
Sistem böyük avtonom manipulyator qurulmuş tırtıllı maşın formasındadır.
Sınaqlar çərçivəsində diametri 15 metr, hündürlüyü 3,65 metr olan günbəzin divarları "çap edilib". Sistem 14 saat ərzində bu işin öhdəsindən gəlib. Bundan sonra işçilər yalnız hazır formaya beton tökməlidirlər.
Sistem, həmçinin konkret tikinti sahəsinin tələblərinə və sifarişçinin arzularına uyğunlaşdırıla bilər.
1news.az