İlk baxışdan Sidneydən olan Mariana Sfakianakisin Instagram-da paylaşdığı şəkillər heç nəyilə fərqlənmir. Bəlkə də onun hesabındakı 52 min izləyicisi belə Mariananın sirrini bilmir.
Mariananın yaxın zamanlarda paylaşdığı uşaqlıq fotoları ilə hər şey dəyişdi.
Burada fiziki problemləri olan qızla indiki ideal bədən quruluşuna sahib gözəli tanınmaq mümkün deyil. Belə ki, o uşaqlıqda çox ağır xəstəliklər keçirib və bu xəstəliklə mübarizədə çox çətinliklər çəkib.
Mariana ana bətnində olan zaman həkimlər dölün öldüyünü görərək doğuşdan sonra da heç bir köməklik göstərməyiblər. Doğulandan sonra uzun müddət oksigensiz qalan körpədə bir çox problemlər yaranır: beynin qismən zədələnməsi və uşaq serebral iflici.
“Uşaq vaxtı nə baş verdiyini və digər həmyaşıdlarım kimi olmadığımı anlaya bilmirdim. Onlar məni yeriyə bilmədiyim və əlil kreslosunda oturduğum üçün məzxərəyə qoyurdular”, - deyə Mariana yazır.
Altı yaşına qədər Mariananın həyatı əsl cəhənnəm əzabı olur. Lakin sonra o, əməliyyat olunur. Və Mariana yeriməyə başlayır. 8 ay müddətində ağır reabilitasiya kursu keçərək xəstəliyinə qalib gəlir.
Uzun illər Mariana xəstəliklə mübarizə aparır. Onun əsas silahı idman və aktiv fiziki yüklər olur. Çəkdiyi cəfalar təkcə onun güclənməsinə deyil, eləcə də cazibədar bədən quruluşuna və yaşadığı problemlərin unudulmasına gətitib çıxarır.
S.Xankişiyeva