Bakıda toyda qohumlar arasında dava düşüb: xəsarət alan var - FOTO - VIDEO
27 aprel, 2017 12:03
Bakıda şadlıq evində toy mərasimi zamanı dava düşüb.
1news.az “Report”a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda fəaliyyət göstərən “Şəlalə” şadlıq sarayında qeydə alınıb.
Belə ki, şadlıq sarayında keçirilən toy mərasimi zamanı 24 yaşlı Mustafayev Şərif Rəfael oğlu qohumları ilə mübahisə edib. Mübahisə əlbəyaxa dava ilə nəticələnib və Ş.Mustafayev dava zamanı şadlıq sarayının giriş qapısının şüşəsinə çırpılıb. Nəticədə onun qolunu şüşə kəsib. Çoxlu qan itirmiş Ş.Mustafayev xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.
Araşdırma aparılır.
1news.az