İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidenti Trampın “İran nüvə ilə bağlı müqavilənin ruhuna uyğun davranmayır” ifadəsinə sərt cavab verib.
1news.az-ın Haberturk-ə istinadla verdiyi xəbərə görə, jurnalistlərə açıqlamasında XİN rəhbəri bildirib ki, o adamın sözlərini ciddi qəbul etməyin.
Qeyd edək ki, keçən həftə İtaliya prezidenti ilə Ağ Evdə keçirilən birgə mətbuat konfransı zamanı Tramp İranla P5+1 ölkələrinin 2015-ci ildə imzaladığı razılaşmanı “bərbad” kimi qiymətləndirmişdi.
Həmçinin ABŞ prezidenti bildirib ki, buna görə İran gələcəkdə nəsə edə bilər.
Eləcə də Tramp seçki kampaniyası ərəfəsində də Barak Obamanın prezidentliyi zamanı imzalanmış nüvə anlaşmasını ciddi tənqid etmişdi. Tramp dövlət başçısı olacağı təqdirdə bu müqaviləyə yenidən nəzər salacağını da dilə gətirmişdi.
S.Xankişiyeva