Tramp Suriya və İraqa yeni ordu göndərir
27 aprel, 2017 10:18
ABŞ prezidenti Donald Tramp Pentaqonun Suriya və İraqda səlahiyyətlərini artırıb.
1news.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Tramp müdafiə naziri Ceyms Mettisə adıçəkilən ölkələrdə hərbçilərin sayının artırılmasına icazə verib.
Qeyd edək ki, belə bir qərarın qəbul olunması ABŞ-ın İŞİD-ə qarşı hərbi əməliyyatlarının effektivliyinin artırılması ilə izah olunur.
Babək Cahandarov