Qəbilə ilə polis arasında qarşıdurma - polisə oxla cavab verdilər - FOTO
27 aprel, 2017 09:38
Braziliyanın Amazon meşəsində yaşayan qəbilə üzvləri torpaqlarının əkin sahəsinə çevrilməsi müqaviləsinə etiraz edərək paytaxt Braziliyada konqres binasının qarşısına toplaşaraq etiraz ediblər.
1news.az musavat.com-a istinadən xəbər verir ki, Konqres binasının qarşısında 1 həftə oturaq aksiya keçirən qəbilə üzvlərinə pois müdaxilə edib.
Bu zaman aksiyaçılarla polis arasında qarşıdurma yaşanıb. Atəş açan polislərə ox ataraq cavab verən aksiyaçılar yaşadıqları bölgənin qoruma altına alınmasını tələb ediblər.
Qəbilə üzvləri qeyd ediblər ki, torpaqlarını əkin üçün istifadəyə verərək onları yerlərindən sürgün etməyə çalışırlar.
1news.az