Quam adaları sahillərində ABŞ-a məxsus helikopter qəzaya uğrayıb
27 aprel, 2017 09:32
Sakit Okeanda yerləşən Quam adaları sahillərində ABŞ-a məxsus hərbi helikopter qəzaya uğrayıb.
1news.az-ın “Qazeta.ru” saytına istinadən verdiyi xəbərə görə, 3 nəfər olan ekipaj üzvlərinin hamısı xilas ola biliblər.
Qəzanın hansı səbəbdən baş verdiyi açıqlanmır. Faktla bağlı araşdırma aparılır.
Babək Cahandarov