“Beşmərtəbə” dairəsi ləğv olunub - FOTO
27 aprel, 2017 17:23
Yasamal rayonu Akademik Milli Dram teatrının və "Təzəpir" məscidi kompleksinin ətrafında aparılan yenidənqurma işləri çərçivəsində "Beşmərtəbə" dairəsi ləğv olunaraq park ərazisinə birləşdirilir.
1news.az xəbər verir ki, bu barədə “Azəravtoyol” ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli bildirib.
Onun sözlərinə görə, artıq bu gündən etibarən sözügedən dairəyə Azərbaycan prospekti tərəfdən daxil olmaq məhdudlaşdırılıb:
“Nəqliyyat vasitələri Səməd Vurğun küçəsi ilə kəsişmədə yaradılan yeni geri dönmə hissədən istifadə edərək hərəkətlərinə davam edə bilərlər”.
1news.az