İtaliyalı məşhur güləşçi Avropa çempionatına Bakıda hazırlaşır
27 aprel, 2017 16:53
Xəbər verdiyimiz kimi, 2-7 may tarixlərində Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatı keçiriləcək.
Azərbaycan Güləş Federasiyasından 1news.az-a verilən məlumata görə, sərbəst güləş üzrə yığma komandamız Olimpiya Güləş Mərkəzində hazırlıqları davam etdirir. Təlim -məşq toplanışında İtaliya, Dağıstan və Osetiyadan olan güləşçilər də iştirak edir.
İtaliya yığma komandasının üzvü Rio Olimpiadasının bürünc medalçısı, Dünya və Avropa çempionu Frank Çamizo da Avropa çempionatına Bakıda hazırlaşır.
Babək Cahandarov