2-7 may tarixlərində Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatı keçiriləcək.
Azərbaycan Güləş Federasiyasından 1news.az-a verilən məlumata görə, çempionatında sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamız mübarizə aparacaq.
Yarışların ilk günlərində sərbəst və qadın güləşçilər mübarizə aparacaq.
Bu gün keçirilən məşqdən sonra yığma komandanın baş məşqçisi Firdovsi Umudov Avropa çempionatına yollanacaq heyəti elan edib.
Yığma komandanın məşqçiləri Arif Abdullayevin və Sadruddin Ayqubovun rəhbərliyi altında Georgi Edişeraşvili (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Gitinomaqomed Hacıyev (65 kq), Ruslan Dibirhacıyev (70 kq), Murad Süleymanov (74 kq), Aleksandr Qostiyev (86 kq), Aslanbek Alborov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) çempionatda ölkəmizi təmsil edəcək.
Babək Cahandarov