Xəbərlər

Rolları dəyişək - Sindirella oğlan olsaydı - FOTO - VİDEO
26 aprel, 2017 12:50

Nağıllar uşaqlar üçün böyük önəm kəsb edir. Bir çoxları özünü nağıl qəhrəmanlarına oxşatmağa çalışır, özünü həmin “obrazlarda” tapmaq istəyirlər. Belə nağıllardan biri də Sindirelladır.

Belə bir sual verək:

- Sindirella oğlan olsaydı və adı da Sindirfella olsaydı, həmin nağılı oğlan uşağınıza oxuyardınızmı?

Bu suala cavab tapmaq istəyən “Rebel Girls” (Üsyançı qızlar) adlı facebook səhifəsinin idarəçiləri animasiya tərkibli yazı hazırlayıblar. Gəlin həmin yazıya göz gəzdirək:

“Bir vaxtlar Sinderfella adlı bir oğlan vardı.

Sinderfella qəddar ögey atası və çirkin qardaşlarıyla birlikdə yaşayırmış.

Bir gün onun ögey atası sarayda keçiriləcək əyləncəli tədbirə dəvət alır.

Kraliça özünə ər axtarırmış. Ona görə də tədbir keçirmək qərarına gəliblər. Ölkənin dörd bir yanındakı bütün kişilərə dəvət göndərilir. Sindirfellanın çirkin ögey qardaşları isə onun yaraşıqlı olmasını qısqanırlarmış. Ona görə də Sindirfellanın saraya getməsini istəməyiblər və evdə saxlayırlar.

Sindirfella dayanmadan ağlayır. Elə bu zaman birdən “mələk baba” ortaya çıxır. Mələk saraya getmək istəyən Sindirfellaya təzə paltar, bir də şüşədən başmaq verir.

Sindirfella başmağına baxır və mələkdən soruşur: “Şüşə təhlükəli deyil mi?”

“Mələk baba” cavab verir: “Oğlum, gözəllik acı çəkməyi tələb edir. Gecə yarısına qədər evdə ol!

Nəhayət Sindirella saraya gedir.

Kraliça onu görür və rəqsə dəvət edir. Kraliça Sindirfellaya aşiq olur.

Amma gecə yarısına yaxın Sindirfella evə qayıtmaq istəyəndə Prenses onun getməsini istəmir:

“Hey, gözlə! Daha sənin adını belə bilmirəm!”

Lakin Sindirfella qaçaraq saraydan uzaqlaşır.

Növbəti gün kraliça Sindirfellanın başmağının bir tayını tapır və başmağının sahibini saraya gətirmək üçün ölkənin dörd bir yanına adam göndərir. Başmaq Sindirfella qaçarkən ayağından çıxıb sarayda qalıb.

Kraliçanın xidmətçiləri şüşə başmaqla qapı-qapı gəzirlər. Nəhayət Sindirfellanı taparaq başmağı onun ayağında yoxlayırlar. Budur, kraliçanın axtardığı kişi Sindirfella tapıldı.

Xidmətçilər onu saraya gətirirlər. Kraliça onunla evlənir.

Nağıl bitdikdən sonra “Üsyançı qızlar” belə bir sonluq əlavə edirlər:

“Və beləliklə sonsuza qədər xoşbəxt ola bilmişlər... mi?

Necədir, Sindirfella nağılını bəyəndiniz mi? Oğlan uşaqlarınıza bu nağılı oxuyardınızmı?

Bəs niyə qız uşaqlarınıza oxuyursunuz və ya onlara bu nağılı oxudursunuz?

Bir çoxumuz bu nağıllarla böydük. İndiki uşaqlar da böyük ehtimalla bu mələkli, şahzadəli, kraliçalı nağıllarla böyüyürlər. Ancaq gəlin bunun gerçək tərəfinə nəzər yetirək!

Kitablarda bu şahzadələr nədənsə hər zaman bir kraliçaya, qardaşa ehtiyac duyur. Yəni taleləri başqalarının əlindədir. Onlar olmadan heç nəyi bacarmırlar! Hər zaman kişi hegemonluğu altında təqdim olunurlar.

Lütfən bunu nəzərə alın! Qız uşaqlarınıza güclü qadın hekayələrini danışın, şahzadəyə ehtiyac duyulan nağılları deyil!”, - deyə əlavə edilir.

Fərid Ədalət

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.