IV İslam Həmrəyliyi Oyunlarının rəsmi dəstəkçisi, məhsullarının tədarükçüsü və supermarketi olan Fresco supermarketlər şəbəkəsi bu gündən etibarən Bakı 2017 oyunlarına həsr olunmuş promo məhsulların satışına başladı.
İslam Həmrəyliyi Oyunlarının əsas mövzusunu özündə əks etdirən və simvolizə edən məhsulların üzərində bir sıra idman növlərinin cizgiləri ilə yanaşı, İslam mədəniyyətini özündə ehtiva edən naxışlar əks olunub. Məhsullar arasında oyunların əsas qəhrəmanları olan Qarabağ atları “Cəsur” və “İncə”-nin oyuncaqları xüsusilə diqqəti cəlb edir.
Paytaxtımızın sakinləri və qonaqları 10-larla məhsulları Fresco supermarketlər şəbəkəsindən, Milli Dənizkənarı Bulvar, Fəvvarələr Meydanı, Park Bulvar ticarət mərkəzi, Bakı Olimpiya Stadionu və oyunların keçiriləcəyi digər idman komplekslərindən əldə edə biləcəklər.
Oyunlar müddətində Fresco supermarketlər şəbəkəsinin sosial şəbəkə səhifələrində biletlər və digər dəyərli hədiyyələri qazandıran əyləncəli müsabiqələr keçiriləcək.
Fresco supermarketlər şəbəkəsinin kollektivi hər kəsi Azərbaycanda keçiriləcək bu mühüm idman tədbirində idmançılarımıza dəstək olmağa və bu tarixi hadisəyə birgə şahid olmağa dəvət edir.
Azeri Retail MMC
Ünvan: Xocalı prospekti 37, "Xətai" metrosunun yaxınlığı, Bakı, AZ1025
Telefon : +(99477) 440-77-66
+(99412) 310-02-26
Website: www.fresco.az/
Facebook: www.facebook.com/SupermarketFresco
İnstagram: www.instagram.com/fresco_supermarket
Reklam hüququnda