Ukraynada Azərbaycan şirkətlərinə qarşı cinayət işi başlaması iddiaları ilə bağlı yeni açıqlama
26 aprel, 2017 17:49
Azərbaycan Baş Prokurorluğu KİV-lərdə Azərbaycan şirkətlərinə qarşı başlanmış cinayət işlərinə dair yayılan informasiyalara aydınlıq gətirib.
Baş Prokurorluğun mətbuat xidmətindən 1news.az-a məlumat verilib ki, bəzi kütləvi informasiya vasitələrində Ukrayna Prokurorluğunda Azərbaycan şirkətlərinə qarşı cinayət işinin başlanması barədə yayılan informasiyalarda göstərilən xüsusatların həqiqiliyi Azərbaycan Baş Prokurorluğu tərəfindən Xarici İşlər Nazirliyi ilə əlaqəli şəkildə araşdırılır.
“Göstərilənlərlə əlaqədar Ukrayna Baş Prokurorluğu ilə müzakirələr aparılır”, - deyə Baş Prokurorluqdan bildirilib.
Fərid Ədalət