Xəbərlər

Məktəblilərin iştirakı ilə Azərbaycan tarixinə həsr olunmuş konfranslar keçirilir
26 aprel, 2017 16:40

Bu ilin əvvəlindən Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun orta  ümumtəhsil məktəblərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində  “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktiki konfranslar keçirilir.

1news.az-ın məlumatına görə, artıq ikinci ildir ki, keçirilən bu konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri, o cümlədən ulu öndər Heydər Əliyev və ölkə Prezidenti İlham Əliyevin Azərbaycan tarixindəki rolu barədə öz elmi məqələləri ilə çıxışlar edirlər.

Mövzuya həsr olunmuş növbəti konfrans rayonun 6 saylı məktəb-liseydə keçirilib. Konfransı açan 6 saylı məktəb-liseyin direktou, əməkdar müəllim Gülşən Orucova bildirib ki, ötən il bu konfransların təşəbbüskarları da məhz 6 saylı məktəb olub.

Ulu öndərin Azərbaycan tarixində qoyduğu iz, onun tariximizin bir çox məqamlarının aşkar olunması, onların dərindən araşdırılaraq öyrənilməsi və geniş ictimaiyyətə çatdırılmasındaki rolu əvəzolunmazdır. Keçirilən bu konfranslar məktəblilərin tariximizə olan marağının artırılmasında da  xüsusi əhəmiyyət kəsb edir. 

Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdiri müavini İsrafil Kərimov qeyd edib ki, keçən il ilk dəfə keçirilən konfransların nəticəsi kimi məktəblilərin hazırladıqları referatlardan ən yaxşıları seçilərək kitab şəklində buraxılıb və məktəblilərin özləri və rayon ictimaiyyətinin iştirakı ilə Milli Azərbaycan Tarixi Muzeyində təqdimatı keçirilib.

Həmçinin RİH tərəfindən bu işlərin ənənəyə çevrilməsi bu il də növbəti konfransların yekunu kimi yeni kitabın buraxılması da qərara alınıb.  Bu ilki məktəb konfransarında daha çox şagird iştirak edib və mövzuların sayı da çox olub.

6 saylı məktəb-liseyin şagirdləri Zərifə Şahbazzadə və Ömər Eyvazovun aparıcılığı ilə keçirilən konfransda 9-cu sinif şagirdləri Mətanət Quliyeva, 8-ci sinif şagirdi Şəhanə İbrahimzadə, Rəvanə Rüstəmzadə, İnarə Baxşəliyeva, 6-cı sinif şagirdi Səfəralı Həsənli, 7-ci sinif şagirdi Gülər Əhədova və başqaları Azərbaycan tarixinin müxtəlif dövrlərini, ümummmili lider Heydər Əliyevin həyat və fəaliyyətini, onun müasir tariximizdəki rolunu, ölkə Prezidenti İlham Əliyevin fəaliyyətinin müxtəlif istiqamətlərinə, Azərbaycan tarixinin müxtəlif dövrlərinə həsr olunmuş 10-dan çox mövzuda hazırladıqları monoqrafiyaları ilə çıxış ediblər.

Müəllim və şagirdlər çıxışları dinlədikdən sonra müəlliflərə müxtəlif suallar verib, şagirdlərin istifadə etdikləri mənbələrlə maraqlanıblar.

Sonra Səbail rayon məktəblərində keçirilən tarix konfransları münsiflər heyətinin rəhbəri, 6 saylı orta məktəbin tarix müəllimi Elmin İmanov şagirdlərin məktəb konfransındakı çıxışlarının bir daha araşdırılaraq ən yaxşılarının ümümrayon konfransına və yeni çap olunacaq kitaba daxil olunmaq üçün  təqdim ediləcəyini bildirib.

Babək Cahandarov

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.