28-29 aprel tarixlərində Xırdalan şəhərindəki AAAF Park Yaşayış Kompleksinin yarış zalında yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyi keçiriləcək.
Azərbaycan Ağır Atletika Federasiyasından 1news.az-a verilən məlumata görə, yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzdən çox atlet iştirak edəcək.
Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.
Bütün ağır atletika sevərlər və media nümayəndələri dəvətlidir.
1news.az