“Beynəlxalq Autizm Maarifləndirmə” ayı çərçivəsində Bakı Dövlət Universitetində “Autizmlə bağlı maarifləndirici tədbir“ keçirilib.
1news.az-ın məlumatına görə, tədbir universitetin Sosial Elmlər və Psixologiya fakültəsinin Sosiologiya kafedrasının professoru Mina Hacıyevanın rəhbərliyi altında, “Sosial iş” ixtisası üzrə III kurs tələbələri Aytən Arazəliyeva, İnarə Məmmədova və Tacəddin Rzazadənin də iştirakı ilə keçib.
Tədbirdə bu mövzulara toxunulub:
1. Autizm nədir ?
2. Autizmin ilkin yaranma səbəbləri
3. Autizmin əlamətləri
4. Dünya ölkələrin də və Azərbaycan da autizmlə bağlı həyata keçirilən xidmətlərin vəziyyəti
5. Autizmin statistik göstəriciləri
6. Autizm uşaqlara cəmiyyətin münasibəti ( bu barədə sorğu da keçirilmişdir. İnsanların əksəriyyəti autizmin nə olduğunu belə bilmir. Daha ətraflı məlumatlar sorğu da əks olunub )
7. Autist uşaqlara necə davranmalı ? ( autizmdən əziyyət çəkən uşaqlara valideynləri tərəfindən göstərilən rəftar necədir ? və əslində necə olmalıdır ? )
Həmçinin tədbirdə autizmlə bağlı məşhurların çəkdikləri maarifləndirici videolar, eləcə də autizmin əlamətlərini daha ətraflı əks etdirən videoçarxlar və eyni zaman da autizmdən əziyyət çəkən uşağın müalicədən sonrakı vəziyyətini göstərən videolar və s. təqdim olunub.
Tədbirdə tələbələr şüarı “ Əngəlsiz Bir Həyat Üçün Əl Ələ” olan sosial reklam da təqdim ediblər.
1news.az