İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Tovuz rayonunun Düz Qırıqlı kəndində işgüzar forum keçirib.
Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:
- iri fermer, müasir heyvandarlıq, cins heyvandarlıq, kartofçuluq (o cümlədən yüksək məhsuldar kartof toxumçuluğu), istixana və intensiv üzümçülük təsərrüfatlarının yaradılması;
- süd emalı və meyvəqurutma müəssisələrinin yaradılması.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]
1news.az