Müdafiə naziri və qərargah rəisi istefa verdi
24 aprel, 2017 12:01
Əfqanıstanın müdafiə naziri Abdulla Xan Həbibi və quru qoşunlarının qərargah rəisi Qədəm Şah Şahim istefa verib.
1news.az-ın məlumatına görə, bu barədə Əfqanıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Müdafiə naziri və qərargah rəisi ötən həftə “Taliban” hərəkatının yaraqlılarının hərbi bazaya hücumdan sonra istefa veriblər.
Qeyd edək ki, həmin hücum zamanı 170-dək adam həlak olub.
Pərvanə Sultanova