Bakı metropolitenində qatar tuneldə qalıb.
1news.az APA-ya istinadən xəbər verir ki, hadisə “İnşaatçılar” və “Elmlər Akademiyası” stansiyaları arasındakı məsafədə baş verib.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev faktı təsdiqləyib. O, bildirib ki, Dərnəgül-Həzi Aslanov xətti ilə hərəkət edən qatar texniki nasazlıq üzündən “İnşaatçılar” və “Elmlər Akademiyası” arasındakı tuneldə qalıb. Problem 9 dəqiqə davam edib. Nasazlıq aradan qaldırılıb və qatar hərəkətinə davam edib.
Baş vermiş hadisə üzündən hazırda Bakı metropolitenində qatarların hərəkət qrafikində ləngimə müşahidə olunur. Nəsimi Paşayev bildirib ki, ləngimə müddəti get-gedə azalır və tezliklə qatarların hərəkəti qrafikə uyğun davam edəcək.
1news.az