Xəbərlər

Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb
24 aprel, 2017 21:56

Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-120, Kiçik Qafqazın çaylarında 60-130, Lənkəran-Astara bölgəsi çaylarında isə  20-50  faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətlə bağlı bildirilib ki, aprelin 24-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində  6 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 366 m3/s olmaqla ongünlük normanın 51 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 367 m3/s olmaqla ongünlük normanın 52 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 132 m3/s olmaqla, ongünlük normanın 74 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 127 m3/s təşkil edərək ongünlük normanın 71 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, aprelin 24-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Şirvanda 16, Salyanda 21, Bankədə 18, Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 376 sm (2016-cı il aprelin 24-də 416 sm), Şirvanda 267 sm (2016-cı il aprelin 24-də 293 sm), Salyanda 190 sm (2016-cı il aprelin 24-də 227 sm), Bankədə 174 sm (2016-cı il aprelin 24-də 191 sm), Araz çayının Novruzlu məntəqəsində isə 78 sm (2016-cı il aprelin 24-də 115 sm) təşkil edir. 

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.