“Azərsığorta” dövlət şığorta şirkətinin Tovuz filialının direktoru Raya Bayramovanı qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
1news.az-ın APA-ya istinadən verdiyi məlumata görə, həmin şəxs filialın mühasibi 1965-ci il təvəllüdlü Vəliyev Vidadi Bəhmən oğludur.
O, 1956-cı il təvəllüdlü Raya Bayramovanın qətlində şübhəli bilinərək saxlanılıb. Cinayətin onun tərəfindən törədilməsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən kifayət qədər faktların olduğu bildirilir. Hazırda rayon Prokurorluğunda istintaq tədbirləri aparılır.
Qeyd edək ki, aprelin 22-də "Azərsığorta" dövlət şığorta şirkəti Tovuz filialının direktoru Raya Bayramovanın meyiti onun iş otağında tapılıb. Müayinə zamanı qadının küt alətlə qətlə yetirildiyi məlum olub. Filialın mühasibi Vidadi Vəliyev isə həmin gün rayon xəstəxanasına müraciət edərək işlədiyi binanın dam örtüyündən düşərək xəsarət aldığını demişdi.
1news.az