Donald Tramp “erməni soyqırımı” ifadəsini işlətməyib
24 aprel, 2017 21:11
ABŞ prezidenti Donald Tramp qondarma “erməni soyqırımı”nı yenə “böyük fəlakət” (“Meds Yeghern”) adlandırıb.
1news.az-ın məlumatına görə, Donald Tramp 1915-ci ildə baş verən hadisələrlə bağlı hər il aprelin 24-də ABŞ prezidentlərinin verdiyi bəyanatda “soyqırım” ifadəsini işlətməyib.
Xatırladaq ki, Osmanlı İmperiyasında soyqırıma məruz qaldıqlarını iddia edən dünya erməniləri hər il aprelin 24-də “soyqırım”ın ildönümünü qeyd edirlər.
1news.az