Aydın Əliyev Ağsu, Şamaxı, Qobustan, İsmayıllı rayonlarının sakinləri ilə görüşəcək
24 aprel, 2017 20:34
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev aprelin 28-də Ağsu şəhərindəki Gənclər Mərkəzində (M. Ə. Rəsulzadə küç. 174) bu bölgədən olan vətəndaşları qəbul edəcək.
1news.az-ın Komitəyə istinadən verdiyi xəbərə görə, saat 11:00-da başlayacaq qəbul zamanı bölgədə yerləşən-Ağsu, Şamaxı, Qobustan, İsmayıllı rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar aprelin 27-si saat 11:00-dək "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Şirvan Gömrük İdarəsi (əlaqə telefonu: (021) 215-34-10) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.
1news.az