Hollandiyada toyda azərbaycanlılar arasında dava düşüb.
1news.az lent.az-a istinadən xəbər verir ki, hadisə krallığın Vestervoort şəhərində keçirilən toy mərasimində baş verib.
Məlumata görə, davaya səbəb kabab sifarişi olub. Qonaqlardan biri əlavə kabab sifariş vermək istəyib. O, sifarişin təcili gətirilməsini tələb edib. Bu zaman isə mübahisə yaranıb. Toy keçirilən məkanın kənarında davam edən mübahisə isə bıçaqlaşmaya səbəb olub.
Mərasim bıçaqlaşma hadisəsindən sonra da davam edib. Davadan sonra şikayətçi də daxil olmaqla iki nəfər saxlanılıb.
Hadisə zamanı Polad Məmmədov adlı azərbaycanlı 5 bıçaq zərbəsi alıb. O, helikopter vasitəsilə hospitala çatdırılıb. Ürək nahiyəsindən bıçaqlanmış yaralının vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, P.Məmmədov Azərbaycanın keçmiş baş naziri Surət Hüseynovun cangüdəni olub.
1news.az