Həddindən artıq gözəl olduğu üçün ölkədən deportasiya edilən gənc
24 aprel, 2017 15:46
Şair, fotoqraq və aktyor olan Ömər Borkan əl-Qalu həddindən artıq gözəl olduğu üçün Səudiyyə Ərəbistanından deportasiya olunub.
Belə ki, iki dostu ilə bayram etməyə gələn Öməri ölkəyə buraxmırlar. Səbəbini isə qeyri-adi gözəl olmasında göstərirlər.
Şəriət qvardiyası bəyan edir ki, onun gözəlliyi qadınlar arasında çaxnaşma yarada, xanımlar ona görə başlarını itirə bilər.
Lakin Ömərin yazdığına görə, bu xoşagəlməz hadisə onun üçün xoşbəxtliyə bilet olur. Qalmaqal hesabına o məşhurlaşır, reklam və filmlərdə çəkilmək üçün çoxlu sayda təkliflər alır.
“Həddindən artıq gözəl olduğum üçün Allahıma hər gün şükürlər edirəm” – deyə Ömər Borkan əl-Qalu jurnalistlərə bildirib.
S.Xankişiyeva