Fransada prezident seçkiləri keçirilir
23 aprel, 2017 12:19
Fransada bu gün yerli vaxtla saat 8:00-də prezident seçkilərində səsvermə başlayıb.
1news.az-ın məlumatına görə, seçkilərdə 11 prezidentliyə namizəd mübarizə aparır.
İlk turda ən çox səs toplayan iki namizəd mayın 7-də prezident seçkilərinin ikinci turuna qatılacaq.
Sorğuların nəticələrinə əsasən ilk beşlikdə sağ Milli Cəbhənin lideri Marine Le Pen, özünü mərkəzçi sayan “En Marche” (Yürüş) hərəkatının lideri Emmanuel Makron, sağ-mərkəzçi Fransua Fiyon, sosialistlərin namizədi Jan-Lyuk Melanşon və hakimiyyətdəki Sosialist Partiyasının namizədi Benua Amon qərarlaşıb.
Ölkədə 66,5 min seçki məntəqəsi faliyyət göstərir. Seçki məntəqələri saat 19:00-20.00-da bağlanacaq.
1news.az